Bakıda yanğın baş verən məktəb distant tədrisə keçib
7-01-2022, 10:27
429

Bakıda yanğın baş verən məktəb distant tədrisə keçib

"Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib".

Bu barədə TehsilForumu.Az  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanğın məktəbin ikinci mərtbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Həmçinin, qeyd olunub ki, bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər