Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllim cəzalandırılıb
14-12-2022, 10:48
400

Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllim cəzalandırılıb

TehsilForumu.Az Bakının Xətai rayonu ərazisində yerləşən 25 nömrəli tam orta məktəbində ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla bağlı müvafiq araşdırma aparılıb.

Bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, hadisə ilə bağlı həmin müəllimdən izahat alınıb: 

“Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.

Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.

Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib", - məktəbin məlumatında qeyd olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər