46 il müəllim işləyən şəxsin sığorta ödənişləri başqasının hesabına köçürülüb - VİDEO
6-03-2022, 14:59
305

46 il müəllim işləyən şəxsin sığorta ödənişləri başqasının hesabına köçürülüb - VİDEO

İmişlidə 46 il müəllimə işləyən rayon sakininin əməkhaqqından illərdir ki, tutulan məbləğ sosial sığorta hesabına köçürülməyib. Vəsait səhvən başqa bir vətəndaşın hesabına oturdulub. Bunun nəticəsində hazırda pensiyaya çıxan müəllimə ödənişlərinin əlavəsini ala bilmir. Aidiyyəti dövlət qurumları da bu məsələdə yanlışlığa yol verildiyini etiraf ediblər.

TehsilForumu.Az  Xezerxeber.az-a istinadən məlumatına görə, İmişli rayonunun Sarıxanlı kənd sakini Mehriban Ağayeva 46 illik müəllimlik stajına uyğun pensiya ala bilməməsindən şikayətçidir.

O deyir ki, uzun illər Sarıxanlı kənd 1 saylı orta məktəbində ibtidai sinif müəlliməsi işləyib. 50 yaşından analıq pensiyası alan Mehriban Ağayeva 65 yaşı tamam olduğu üçün 2021-ci ildən əmək pensiyasına çıxıb. Amma buna baxmayaraq, illərdir çəkdiyi əziyyətin qarşılığını ala bilmir.

Araşdırmalar nəticəsində məlum olub ki, Mehriban Ağayevanın əməkhaqqından tutulan aylıq sosial sığorta ödənişləri səhvən başqa bir şəxsin hesabına köçürülüb.

Rayon təhsil şöbəsindən Mehriban Ağayevanın sosial sığorta hesabatı ilə bağlı yanlışlığa yol verildiyi etiraf olunub. Ona görə də yanlışlığın aradan qaldırılması üçün Təhsil şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət ünvanlayıb.

İndi Mehriban Ağayeva yol verilmiş yanlışlığın ən qısa zamanda aradan qaldırılmasını və pensiyasının stajına uyğun yenidən müəyyənləşdirilməsini gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik






0 0

Şərhlər

Oxşar xəbərlər