Direktorun müəllimi təhqir etməsi faktı ARAŞDIRILIR – VİDEO
6-02-2022, 17:04
745

Direktorun müəllimi təhqir etməsi faktı ARAŞDIRILIR – VİDEO



Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.



Bu barədə APA-nın yerli bürosuna Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.



“Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək”.



Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib..



Həmin görüntüləri təqdim edirik:

0 0

Şərhlər

Oxşar xəbərlər