Müəllimlərin daimiləşmə müsabiqəsində bu şəxslər iştirak edə bilərlər - DİQQƏT
24-02-2022, 10:40
462

Müəllimlərin daimiləşmə müsabiqəsində bu şəxslər iştirak edə bilərlər - DİQQƏT

Xəbər verdiyimiz kimi, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir. 

TehsilForumu.Az xəbər verir ki, müsabiqə elektron ərizələrin qəbulu, yoxlanılması və müsahibə mərhələlərindən ibarətdir.

Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 1-7 mart tarixlərində miq.edu.az/muqavile saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
0 0

Şərhlər

Oxşar xəbərlər