Bakıda nöqsanlara görə işdən çıxarılan direktorların sayı AÇIQLANDI
23-12-2021, 14:55
255

Bakıda nöqsanlara görə işdən çıxarılan direktorların sayı AÇIQLANDI

Bu il Bakı şəhərində fəaliyyət göstərən məktəblərin işdən çıxarılan direktorlarının sayı açıqlanıb. 


TehsilForumu.Az məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə paytaxtda fəaliyyət göstərən 29 məktəb direktorunun fəaliyyətinə görə tənbeh tədbiri görülüb. 


Eyni zamanda, yeddi məktəb direktoru işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. 



Qeyd edək ki, son zamanlar məktəblərdə pul yığımı və neqativ hallarla bağlı paylaşımlar edilir.
0 0

Şərhlər

Oxşar xəbərlər