Müəllimlərdən pul yığan məktəb direktoru vəzifəsindən azad edildi
17-12-2021, 18:19
1 742

Müəllimlərdən pul yığan məktəb direktoru vəzifəsindən azad edildi

Paytaxtın 189-190 nömrəli tam orta məktəbinin direktoru Ceyran Quliyeva vəzifəsindən azad edilib.

TehsilForumu.Az xəbər verir ki, "Tehsil.biz"in əldə etdiyi məlumata görə direktor özü istefa ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.


Xatırladaq ki, məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərin vatsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılmışdı. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.
0 0

Şərhlər

Oxşar xəbərlər