Bakıdakı məktəblərin direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrə başlanır...
14-12-2023, 13:29
899

Bakıdakı məktəblərin direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrə başlanır...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə dekabrın 14-də başlanacaq.

 
TehsilForumu.Az  xəbər verir ki, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunacaqlar.

 

Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə verilib.

 

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər