"Müəllimlərimizi Tanıyaq" - Lalə Əhmədova
18-10-2023, 12:50
707

"Müəllimlərimizi Tanıyaq" - Lalə Əhmədova

 "Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfəLalə Əhmədova haqqında danışacağıq 

Əhmədova Lalə Asif qızı 1985-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olmuşdur.
2003-2007ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun "İbtidai təhsilin pedaqogika və metodikası"ixtisası üzrə təhsil almışdır.
2008-2011ci illərdə Səbail rayonu 162saylı tam orta məktəbdə İKT üzrə laborant və informatika müəllimi kimi çalışmış, 2011-ci ildə MİQ imtahanında iştirak edərək Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbində müvafiq vakansiya üzrə çalışmış, 2012-ci ildən etibarən isə qarşılıqlı yerdəyişmə ilə Cəbrayıl rayonu 22 saylı ümumi orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi illər ərzində məktəbdə şagirdlərin təlim -tərbiyəsində və ictimai işlərdə göstərdiyi xüsusi fəallığa görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə "Fəxri Fərman","Təşəkkürnamə"lərə layiq görülmüşdür.
O, daim öz üzərində çalışıb, innovativ təlim üsullarını öyrənib, müxtəlif təlimlərdə, tədbirlərdə, seminarlarda iştirak edərək sertifikatlar,diplomlar qazanıb, dünyagörüşünü, təhsilini inkişaf etdirməyə çalışmışdır.
2013-cü ildə "Ümumi təhsil səviyyəsində ibtidai təhsil pilləsi üzrə kurikulumun tətbiqi"ixtisasartırma kursunda 1-ci dərəcəli sertifikat qazanmış, 2017-ci ildə "Məktəbəqədər hazırlıq qruplarında işin təşkili metodikası"üzrə təlimdə keçirilmiş imtahan nəticəsində maksimum 25 baldan 24-ünü toplamışdır.
Elm və Təhsil Nazirliyinin keçirdiyi müxtəlif kurs və təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş, 2023-cü ildə müəllimlərin sertifikasiya imtahanının test mərhələsində 53 bal toplayaraq yüksək nəticə göstərmişdir.
Lalə müəllimə işlədiyi illər ərzində hər zaman yüksək təhsil, tərbiyə, şəxsi inkişaf və müxtəlif formalarda öyrənməyin yollarını şagirdlərinə aşılamış, dövlətimizə, vətənimizə layiqli şəxsiyyətlər yetişdirməyə çalışmışdır.
Addesonun bir aforizmi hər zaman ona şüar olmuşdur:"Heykəltaraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır"
3 0

Şərhlər

Oxşar xəbərlər