"Müəllimlərimizi Tanıyaq" -  Kamalova Fatimə
1-03-2023, 10:09
367

"Müəllimlərimizi Tanıyaq" - Kamalova Fatimə

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Kamalova Fatimə haqqında danışacağıq :

Kamalova Fatimə Ələkbər qızı 1996-cı ildə Ucar rayonunun Bərgüşad kəndində ziyalı ailəsində doğulmuşdur.

2003-cü ildə həmin kənddə şəhid Ağamusa Mustafayev adına 1N-li məktəbin 1-ci sinfinə qəbul olmuşdur.

2014-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib elə həmin ildə ADPU-nun Şamaxı filialında İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuşdur.

2018-ci ildə universiteti bitirib müxtəlif kurslarda çalışmışdır.

2021-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Ucar şəhər 1 nömrəli Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyə ibtidai sinif müəllimlimi olaraq qəbul olmuşdur. Hal-hazırda 1a sinifinin müəllimidir. Həmçinin, həmin məktəbdə "Rəqəmsal bacarıqlar" üzrə bələdçi-müəllimdir.

Bundan əlavə "TREND OF THE YEAR 2022" layihəsində "Peşəkar Pedaqoq" nominasiyasında mükafatçıdır. 

O cümlədən MİQ və Sertifikasiya imtahanlarına hazırlaşan və abituriyentlərin istifadə etdiyi Azərbaycan dili kitabının redaktoru və korrektorudur.

"Mən birinciyəm" adlı qəzetdə haqqında məqalə dərc olunub. Gənc müəllim olaraq daima yenilik axtarışındadır, müxtəlif yarışmalarda, vebinarlarda iştirak edirək sertifikatlara, medallara layiq görülmüşdür.
0 0

Şərhlər

Oxşar xəbərlər