"Müəllimlərimizi Tanıyaq" -  Kərimova Sevda
24-02-2023, 13:20
510

"Müəllimlərimizi Tanıyaq" - Kərimova Sevda


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Kərimova Sevda haqqında danışacağıq :

Kərimova Sevda Əşraf qızı 11 oktyabr 1964-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub.

1971-ci ildə Şərəfə kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 1981-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

1989-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 

Həmin ildən Sumqayıt şəhərində yaşayır və 14 nömrəli tam orta məktəbində (hal-hazırda Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəb) müəllim işləyir.

2003-cü ildə Azərbaycan Müəllimləri Institutunun Sumqayıt filialına daxil olmuş və 2004-cü ildə Azərbaycan dili və Ədəbiyyati ixtisası üzrə təhsilin tam kursunu bitirmişdir.

Həmin ildən Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Müxtəlif illərdə Sertifikat və Fəxri fərmanlarla təltif olunub.

Şagirdlərinin Vətənpərvər ruhda böyüməsi və doğma dilini sevməsi üçün müxtəlif tipli tədbirlər keçirir.

Sevda müəllimə həm də ədəbi yaradıcılıqla məşğul olur. Mütəmadi olaraq şeirləri, oçerk və hekayələri ilə dövrü mətbuatda çıxış edir, ədəbi almanaxlarda dərc olunur.

Sevda Kərimli (Kərimova) "Səssizliyin sonu" adlı şeirlər kitabının müəllifidir.
0 0

Şərhlər

Oxşar xəbərlər