"Dilimizin zənginliyini kəşf edək!" adlı layihə  həyata keçirmişdir - ƏTRAFLI
21-02-2023, 17:22
372

"Dilimizin zənginliyini kəşf edək!" adlı layihə həyata keçirmişdir - ƏTRAFLI

TehsilForumu.Azxəbər verir ki, Quba şəhər Mehrab Niftəliyev adına Texniki Təmayüllü Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Dostuyeva- Kərimli liseyin X sinif şagirdləri ilə birgə "Səsimiz eşidilsin!" adlı layihə həyata keçirmişdir. Layihə çərçivəsində şagirdlər 9 müxtəlif adda qəzet hazırlayıb nəşr etdiriblər. Layihənin məqsədi şagirdlərdə müxtəlif üslublarda məqalələrin yazılması bacarığını inkişaf etdirməkdir.
Bundan əlavə Fəridə Dostuyeva- Kərimli liseyin 8b sinif şagirdləri ilə birgə "Dilimizin zənginliyini kəşf edək!" adlı layihə də həyata keçirmişdir. Layihə çərçivəsində şagirdlər Azərbaycan dilinin lüğətində mövcud olan, lakin fəal işlənməyən, ümumişləkliyini itirən sözləri toplayaraq " Söz boxçası" adlı lüğət-kitabça hazırlayıb nəşr etdiriblər.
Hər iki layihə " 21 Fevral- Beynəlxalq Ana Dili Günü"nə həsr edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər