"Müəllimlərimizi Tanıyaq" - Leyla Bayramova
5-02-2023, 21:23
1 041

"Müəllimlərimizi Tanıyaq" - Leyla Bayramova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə   Leyla Bayramova haqqında danışacağıq :

Leyla Natiq qızı Bayramova 19 iyun 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 

İlk təhsilini Gəncə şəhəri M. Hadi adına 10 nömrəli tam orta məktəbində almışdır. 

2012-ci ildə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Musiqi müəlliməliyi ixtisasına qəbul olmuşdur.

Təhsil aldığı müddətdə bir çox festival və tədbirlərdə fəal iştirak etmişdir. 

2016- cı ildə universiteti uğurla bitirmişdir.

2017-ci ildə MİQ müsabiqəsində yüksək bal toplayaraq Göygöl rayon Çaylı kəndində pedaqoji fəaliyyətə başlamışdır. 

Fəaliyyətinin ilk vaxtlarından çalışqanlığı və innovativ dərsləri ilə hər kəsin sevgisini qazanmışdır.

2019-cu ildə Təhsil İnstitu və Avropa İttafıqının maliyyə dəstəyi ilə təşkil olunmuş İcma əsaslı Məktəbəqədər Təhsilin İnkişafı layihəsində imtahandan uğurla keçərək tərbiyəçi-müəllim vəzifəsində işləmişdir. 

Layihənin təşkil etdiyi seminar və vebinarlarda iştirak edərək yüksək nəticə göstərmişdir.

“Musiqinin uşaqlarda dinləmə bacarıqlarını inkişaf etdirən,eləcə də öyrənmə çətinliyi olan uşaqlar üçün təsirli gücə malik olduğunu” deyən Leyla müəllimə fəaliyyəti müddətində daima öyrənməyə, yeniliyə və dərslərini müasir təlim modellərinə uyğun qurmağa çalışmışdır. 

Beynəlxalq və yerli təlimlərdə, konfranslarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur. 

Dövlət imtahan mərkəzinin təşkil etdiyi zal nəzarətçisinin sertifikatlaşdırılması imtahanından uğurla keçmiş və zal nəzarətçisi sertifikatı əldə etmişdir.

2021-ci ildə Az tv telekanalında canlı yayımlanan “Çıxışa doğru” və Təhsil Tv tərəfindən “ Valideynlə əməkdaşlıq” mövzusunda xüsusi reportajla çıxış etmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati və metodoloji dəstəyi ilə keçirilən Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbinin "Məktəb Mentorları" layihəsinin mentoru seçilmişdir.

2023-cu ildə Azərbaycan Gənc müəllimlərinin 3-cü forumunda iştirak edərək "21-ci əsr tələblərinə cavab verən müəllim" setifikatı ilə təltif okunmuştur


Uğurlar arzulayırıq.
0 0

Şərhlər

Oxşar xəbərlər