Milli Müdafiə Universiteti tabeliyindəki təhsil müəssisələrinə qəbul elan edir
31-03-2024, 08:52
213

Milli Müdafiə Universiteti tabeliyindəki təhsil müəssisələrinə qəbul elan edir

Milli Müdafiə Universiteti cari ilin 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı/Gəncə/Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul elan edir.

 

Universitetdən bildirilib ki, vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq istəyən vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

 

Sənəd qəbulu mərkəzlərinin ünvanları və təhsil müəssisələrinə qəbul qaydaları aşağıdakı kimidir:

 

Bakı şəhəri üzrə:

- Heydər Əliyev adına Hərbi İnstitut (Xətai rayonu, Polad Həşimov küçəsi 9)
- Cəmşid Naxçıvanski adına Hərbi Lisey ( Xətai rayonu, Polad Həşimov küçəsi 1)
- Hərbi Tibb Fakültəsi ( Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3)
 

Sumqayıt şəhəri üzrə:

- Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Sumqayıt şəhəri, 2-ci mirkorayon, H.Əliyev prospekti 345)
- Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Xırdalan şəhəri, M. Rəsulzadə küçəsi 7)
 

Gəncə şəhəri üzrə:

- Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 2)
- Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi 79).
 

Lənkəran şəhəri üzrə:

- Lənkəran şəhər 1 saylı tam orta məktəb (Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)
 

Cəlilabad şəhəri üzrə:

- Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)
 

Mingəçevir şəhəri üzrə:

- Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb ( Mingəçevir şəhəri, Ərəsş küçəsi 4)
 Beyləqan şəhəri üzrə:

- Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası (Beyləqan şəhəri, Heydər Əliyev prospekti 12)
 

Bərdə şəhəri üzrə:

- Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Bərdə şəhəri, H.Əliyev prospekti 1)
 

Qazax şəhəri üzrə:

- Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Qazax şəhəri, H.Əliyev prospekti 150)
 

Quba şəhəri üzrə:

- Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Quba şəhəri, Əliqulu Nərimanov küçəsi)
 

Qəbələ şəhəri üzrə:

- Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40)
 

Şirvan şəhəri üzrə:

- Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10)

 

Naxçıvan MR üzrə:

- Heydər Əliyev adına Hərbi Lisey (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 12)
 

Qəbul qaydaları ilə Milli Müdafiə Universitetinin rəsmi inrernet saytından ( www.mmu.edu.az ) tanış olmaq mümkündür.

 
0 0

Şərhlər

Oxşar xəbərlər