Peşələr niyə sıradan çıxır? - EKSPERT AYDINLIQ GƏTİRDİ
18-09-2023, 16:05
423

Peşələr niyə sıradan çıxır? - EKSPERT AYDINLIQ GƏTİRDİ

TehsilForumu.Az xəbər verir ki , "Bəzi peşələrin sıradan çıxması, bəzilərinin məzmun və mahiyyətinə görə formaca dəyişməsi ilk növbədə sürətli texnoloji inkişafın insan faktoruna ehtiyacın azaldılması ilə izah olunur. Artıq, Dördüncü Sənaye İnqilabı gerçəkləşməkdədir və o da faktdır ki, bəşər tarixinin üzləşdiyi hər bir sənaye inqilabı fiziki əməyi yüngülləşdirib, bir sıra sahələri sıradan çıxarıb, yenilərini gətirib. Bu gün qırçı, telefonçu, poçtalyon, liftçi, pinəçi, makinaçı, dəyirmançı və s. kimi peşələr 40-50 il öncə çox aktiv istifadə edilən və bu gün tarixə qovuşan sahələrdən bir neçəsidir. Bu gün isə proses daha sürətli gedir. Bu gün hətta 2030-cu ilə qədər 300-dən çox peşəyə və ya ixtisasa ehtiyac qalmaya biləcəyi belə proqnozlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.Onun sözlərinə görə, elmi-texniki tərəqinin sürətlənməsi, getdikcə daha geniş miqyas alması, öz növbəsində bundan sonra sıradan çıxacaq sahələrin daha çox olacağını qaçılmaz edir və cəmiyyətin texnoloji inkişafa uyğunlaşması prosesini zəruriləşdirir: "Çünki, bəzi sahələri süni intellekt əvəz edəcəyinə görə bir sıra peşə sahiblərinin xidmətlərinə ehtiyac olmayacaq. Son zamanlar mühasib ixtisasının ləğv edilməsi, hətta, müəllimlərin robotlarla əvəz olunması barədə barədə geniş söhbətlər gedir. Mexaniki və çox da zehin müdaxiləsi tələb etməyən sahələrdə daha çox dəyişikliyin olacağı bildirilir.

Sürətli dəyişikliklər, insan faktoruna təlabatın azalmasına, bu isə iş yerlərinin məhdudlaşdırılmasına gətirəcəyindən insanları bir yox, bir neçə dəfə təhsil almaq, bir deyil, bir neçə ixtisasa yiyələnmək zərurəti qarşısında qalacaqlar və bu proses artıq getdikcə hiss olunmaqdadır. İnsan tərəfindən yaradılan yüksək texnologiyalar, insanı öz əsirinə çevirib. Artıq insan texnologiyalara deyil, texnologiyalar insana diktə edir. Getdikcə zamanla necə ayaqlaşa biləcəyimiz artıq bizə yox, zamana bağlı olan məsələdir".
0 0

Şərhlər

Oxşar xəbərlər