Bakıda kollecin yataqxanası yanıb...
4-09-2023, 13:26
417

Bakıda kollecin yataqxanası yanıb...

Bakı şəhəri Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

TehsilForumu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
0 0

Şərhlər

Oxşar xəbərlər