Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək keçiriləcək
29-06-2023, 09:35
604

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək keçiriləcək

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

TehsilForumu.Az xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər