Bu gün Novruzun ilk çərşənbəsidir
21-02-2023, 05:52
293

Bu gün Novruzun ilk çərşənbəsidir

TehsilForumu.Az xəbər verir ki, 21 Fevral ilin İlk çərşənbəsidir . İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk su çərşənbəsi qeyd edilir. İlk çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlayır, su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, bu çərşənbə ilə əlaqədar müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olurlar. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su ilə bağlı inanclarda nə deyilir?
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;

Lal axan sudan keçərkən "suyum irəlilə" deyərlər;
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur;

Bəzi mənbələrdə bu çərşənbəyə "əzəli çərşənbə", "gül çərşənbə" deyirlər.
0 0

Şərhlər

Oxşar xəbərlər