Qəzalarda vəfat edən müəllimlər - FOTOLAR
18-02-2023, 06:26
1 125

Qəzalarda vəfat edən müəllimlər - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün yol nəqliyyat hadisələri səbəbindən 3 qadın müəllim vəfat edib.

Siyəzən rayonunda baş verən qəza nəticəsində rayonun Məşrif kənd tam orta məktəbinin müəllimləri 35 yaşlı Aygün İsmayılova və 39 yaşlı Aygün Vəliyeva vəfat edib.

TehsilForumu.Az mətbuat.az-a istinadən xəbər verir ki, ingilis dili müəllimi olan Aygün İsmayılovanın 2 oğlu, biologiya müəllimi olan Aygün Vəliyevanın isə bir oğlu, bir qızı var. Müəllimlər həftədə 2 dəfə - 2-ci və 5-ci günlər Siyəzənə dərsə gəlirlərmiş.

Bundan əlavə, bu gün səhər saatlarında Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova səhər saat 07 radələrində işə getmək məqsədilə yolu keçərək əks tərəfdəki avtobus dayanacağına getmək istəyib. Bu zaman "Kia" markalı avtomobil onu vurub. Nəticədə müəllim vəfat edib.

Fotoda soldakı Aygün İsmayılova, sağdakı Aygün Vəliyevadır.
0 0

Şərhlər

Oxşar xəbərlər