Növbətçi müəllim seçərkən  gənc kadrlara üstünlük verilməlidir”.
10-02-2023, 16:20
2 557

Növbətçi müəllim seçərkən gənc kadrlara üstünlük verilməlidir”.

TehsilForumu.Az - Orta ümumtəhsil müəssisələrində nizam – intizam qaydalarına əməl olunması məktəb rəhbərlərinin diqqət etdikləri əsas məqamlardandır.

Bəzən bu qaydalara düzgün riayət olunmasının məsuliyyəti növbətçi müəllimlərin üzərinə yüklənir. Amma həmin müəllimlər bunun üçün heç bir əməkhaqqı almırlar.“Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”nda bir sıra intizam tədbirləri əks olunub.

Bura şagird və müəllimlərin davranış qaydaları; kontingentin məktəbə gediş-gəliş saatları; bu saatlarda icra olunan işlərin ardıcıllıqları; dərsdənkənar tədbirlər; məktəbdənkənar tədbirlər zamanı kollektivin iştirakı və davranış qaydaları; tətil müddətində pedaqoji işçilərin və inzibati heyətin məktəbə gəliş–gediş saatları və eyni zamanda məktəbdaxili növbətçilik qaydaları aiddir.

Qanunvericiliyə görə, növbətçi müəllimin aşağıdakı vəzifələri mövcuddur:

-Dərsin başlanmasına 30 dəqiqə qalmış məktəbə gəlmək, dərs qurtarandan 30 dəqiqə sonra məktəbdən getmək;

-Növbətçi olduğu gün ayrı-ayrı siniflərin sinif növbətçilərini yoxlamaq, dərs məşğələlərinin gedişində baş verə biləcək pozuntuları aradan qaldırmaq;

-Dərs məşğələlərinin gedişi zamanı dəhlizdə sakitliyi bərpa etmək;

-Zəngin vaxtında vurulmasına nəzarət etmək;

-Sinif jurnallarının yerində olmasını yoxlayır, dərsdə iştirak etməyən şagirdlərin hesabatını aparmaq;

-Zəng içəri vurulduqdan sonra bütün şagirdlərin sinifdə olmasını, dərsdə iştirakını təmin etmək, intizamı pozan şagirdlər haqqında müvafiq ölçü götürmək;

-Şagirdlərin məktəb avadanlığı və tədris ləvazimatları ilə düzgün rəftar etmələrinə nəzarət etmək;

- Müəllimlər otağının təmiz və səliqəli saxlanmasına nəzarət edir;

-Dərslər qurtardıqdan sonra məktəbdə gün ərzində baş vermiş işlərə dair direktor müavininə hesabat vermək və s.

Bəs, fəaliyyəti zamanı bir sıra ştata vahidlərinin ixtiyarında olan işlərin öhdəsindən gələn növbətçi müəllimləri necə stimullaşdırmaq olar?

Bəzən növbətçi müəllimə deyirlər ki, “sən orada dayanmalı idin, niyə buradasan? Fikrimcə, müəllimlə bu şəkildə davranmağa ixtiyarımız yoxdur. Çünki bunun qarşılığında heç bir əməkhaqqı almırlar.

Bundan əlavə, növbətçi müəllim seçilərkən gənc kadrlara üstünlük verilməlidir”. 19+35 yaşa uyğun.
Bəs, nələr tətbiq edilməlidir ki, müəllimlər növbətçiliyə əlavə yük kimi baxmasınlar?Növbətçilərə “sırf güvəndiyimiz üçün bu işi sizə həvalə edirik” kimi yanaşmaq lazımdır.


Onlara tədbirlərdə tərifnamələr də verilə bilər.

Amma sırf növbətçiliyə görə əlavə əməkhaqqının tərəfdarı deyiləm. Bu, ataya övlad saxladığına görə maaşdan əlavə pul verilməsinə oxşayır. Təsəvvür edin, ataya əlavə pul verirlər ki, övladına qayğı ilə yanaşsın”.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin müəllimi Nigar Müəllimə Məmmədova 

0 0

Şərhlər

Oxşar xəbərlər