Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında da “Kod saatı”nın birinci mərhələsi keçirilib.
18-12-2022, 15:46
329

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında da “Kod saatı”nın birinci mərhələsi keçirilib.

TehsilForumu.Azxəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən digər regionlarda olduğu kimi Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında da “Kod saatı”nın birinci mərhələsi keçirilib.

5 mərkəzdə - Beyləqan şəhər 2 nömrəli, İmişli şəhər 7 nömrəli, Saatlı şəhər 4 nömrəli və Sabirabad şəhər 5-6 nömrəli tam orta məktəblərdə IV - IX sinif şagirdləri arasında “Kod saatı”nın birinci mərhələsi keçirilib.

"Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

“Kod saatı”nda şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər.
 
Müsabiqənin bu mərhələsində qalib olan şagirdlər müsabiqənin respublika turunda iştirak etmək hüququ qazanacaq.

0 0

Şərhlər

Oxşar xəbərlər