"Rəqəmsal Gələcəyə Addım" müsabiqəsi
19-12-2022, 09:44
331

"Rəqəmsal Gələcəyə Addım" müsabiqəsi

TehsilForumu.Az xəbər verir ki, Dekabr ayının 18-də Şirvan -Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ümumtəhsil məktəblərinin IV - IX sinif şagirdləri arasında “Kod saatı”nın birinci mərhələsi keçirilib.

“Kod saatı”nda şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər.

"Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

Müsabiqənin bu mərhələsində qalib olan şagirdlər müsabiqənin respublika turunda iştirak etmək hüququ qazanacaq.



0 0

Şərhlər

Oxşar xəbərlər