Yaddaşlarda qalan hörmətli Müəllim
27-11-2021, 17:38
324

Yaddaşlarda qalan hörmətli Müəllim

TehsilForum.Az xəbər verir ki, 2003-2020-ci illər ərzində 17 il fasiləsiz Quba rayonu E.Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış Qubatov Rahib Sadiq oğlunun vəfatından 1 il ötür.

İşlədiyi dövrlər ərzində həm pedaqoji kollektiv, həm şagirdlər, həm də kənd camaatı arasında öz səmimiliyi, humanistliyi və incə yumoru ilə yadda qalıb, Rahib müəllim...İlk baxışdan zəhimli və inzibatçı görünsə də, hər kəsin ürəyinə yol tapan, sadə və təvazökar insan idi.

Gərgin və stresli iş gününün sonunda kollektivin üzündə təbəssüm yaratmağı da bacarırdı.İşlədiyi dövr ərzində məktəbimiz bir çox nəaliyyətlər əldə edib, yüzlərlə məzunlarımız ali təhsil ocaqlarına qəbul olub.

Keçən il uzun sürən xəstəlikdən sonra vaxtsız vəfatı hər birimizi sarsıtdı.Geriyə isə yalnız xoş xatirələr qaldı.

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü !

 Allahdan rəhmət və ailə üzvlərinə səbr diləyirik .

Məkanı cənnət olsun .

© D.Ağadadaş
0 0

Şərhlər

Oxşar xəbərlər