Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir
11-04-2022, 12:14
244

Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir. Portal.edu.az vasitəsilə həyata keçirilən proses 5 may tarixinədək davam edəcək. 

TehsilForumu.Az xəbər verir ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər. 

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.
0 0

Şərhlər

Oxşar xəbərlər