Ekspertdən həyəcan təbili: Bunun nə gəncliyi, nə uşaqlığı, nə xəyalları, nə düşüncələri var.
7-04-2022, 16:45
277

Ekspertdən həyəcan təbili: Bunun nə gəncliyi, nə uşaqlığı, nə xəyalları, nə düşüncələri var.

“Bu gün Azərbaycan abituriyentləri quldarlıq dövründəki qullardan çox istismar olunur”.



TehsilForumu.Az xəbər verir ki, bu sözləri TEHSİLBİZ TV-də yayımlanan “Təhsil Gündəmi” verilişində təhsil eksperti Elşən Qafarov deyib.



Ekspert qeyd edib ki, şagirdlərimiz məktəbə getmək üçün səhər saat 6-7-nin yarısı yuxudan ayılır, bir tikə yemək yeyir, hələ dəftər kitaba baxıb, saat 8-də dərsdə olurlar: “Dərsdən çıxdıqdan sonra yolda bir şey atışdırırlar. Bu da ən yaxşı halda baş verir. Oradan da ya kursa gedirlər ya da repetitor yanına. Saat 20:00-a qədər də hazırlıqda olurlar. Buradan gəldikdən sonra isə yenə nəsə atışdırıb, sabahkı məktəb dərslərini hazırlamalı, repetitorun verdiyi tapşırıqları etməlidirlər. Ən yaxşı halda isə saat 1-də yatırlar. 6-da duran gənc gecə saat 1-də yatır. Cəmi 5 saat. Bunun nə gəncliyi, nə uşaqlığı, nə xəyalları, nə düşüncələri var. Heç olmasa, quldarlıq dövründə qullara 6-7 saat istirahət üçün vaxt verirdilər”.



Elşən Qafarov müəllimlərin sertifikatlaşdırılması, direktorların işə qəbulu, Azərbaycan təhsilinin günümüzdəki problemləri və s. barədə də danışıb.



Daha ətraflı TEHSİLBİZ TV-nin sujetində:

0 0

Şərhlər

Oxşar xəbərlər