Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir”
12-12-2021, 20:44
229

Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir”

TehsilForumu.Az xəbər verir ki, Quba Rayon Təhsil şöbəsinin tabeliyində olan , 1 Nügədi kənd 2 nömrəli ümumi orta məktəbin şagirdləri  10 dekabr 2021 - ci il tarixdə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. 

Məktəbin direktoru Vüqar İmaməliyev Ulu Öndərin həyat yolları haqqında şagirdlərə geniş məlumatlar vermişdir.
Onun siyasi karyerası çox erkən başladı. Qəribəliyə bax ki, Heydər Əliyev qarşısına məqsəd qoyub israrla memar olmağa hazırlaşırdı, amma tale onun yolunu tamam başqa bir sahəyə aparıb çıxardı: Yəni, ciddi, məsuliyyət yükü ağır olan dövlət işlərinə, Naxçıvan Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrinə. Daha sonra dövlət təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə fəaliyyəti başladı.

Çox keçməmiş daha məsuliyyətli, böyük fəaliyyət arealına daxil oldu. Mötəbər işlərə o, özünün yüksək pozitiv keyfiyyətləri sayəsində çatdı. Bu tarixi missiya 1969-cu ildə Azərbaycana rəhbərlikdən başladı.  

Ali təhsilli tarixçi fəaliyyət göstərdiyi dövlət idarəçiliyi sahəsi ilə ürəyindəki memarlıq arzusunu məhz Azərbaycana rəhbərlik illərində birləşdirməyi bacardı. Əslində Azərbaycanın rəhbəri kimi 70-ci illərdə qırmızı lentini kəsdiyi sənaye obyektləri, möhtəşəm arxitekturalı mədəniyyət binaları onun çin olan memarlıq arzuları idi. O, Bakını tikirdi, özü də zövqlə tikirdi. Bu gün paytaxtda əski dövrlərdən qalan əksər binalarda, poetik dillə desək, Heydər Əliyevin barmaqlarının izləri dayanır...

Ulu öndər Heydər Əliyevin şəxsi keyfiyyətləri, siyasi imkanları o qədər genişləndi ki, artıq Azərbaycan fəaliyyət meydanı cəhətindən onun üçün dar idi. Alınında bir tale yazısı da var idi: nəhəng Sovet İttifaqının rəhbərlərindən biri olmaq. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd oldu, 1982-ci ildə isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldi. O dövrün siyasi reallıqları ilə müqayisədə azərbaycanlı üçün bundan böyük status ola bilməzdi; Heydər Əliyev bu statusa layiq görüldü. Beləliklə, SSRİ-nin xəritəsində adı, ərazisi böyük olmayan Azərbaycanın mövqeləri əvvəlcə Kremldə, daha sonra isə bütövlükdə, sovet məkanında möhkəmləndi. Sovet İttifaqının coğrafi xəritəsində artıq Azərbaycanın da yeri böyümüşdü.

Heydər Əliyevin bu görəvdə olması, güclü şəxsiyyət imicini özündə daşıması Azərbaycanı separatist ssenarilərdən, işğal planlarından uzun müddət hifz etdi. Dağlıq Qarabağ konfliktinin yaranması daha tez bir vaxta planlanmış, lakin Heydər Əliyevin SSRİ-dəki nüfuzu bu planın Kremlin siyasi mətbəxindən çıxıb işə düşməsinə əngəl yaratmışdı.    

Fəqət, burada Azərbaycanın mövqeyini möhkəmlətsə də, taleyinin ən acı notları Moskva, Kremllə bağlı oldu. Artıq onun şəxsiyyəti SSRİ rəhbərlərinin yırtıcı niyyətlərinə güclü maneə idi. Nə qədər ki, Nazirlər Sovetində öz vəzifəsinin icrasında davam edirdi, ittifaqın rəhbərliyi Qarabağla bağlı, bütövlükdə Azərbaycanla ilgili separatist, destruktiv planlarını həyata keçirə bilmirdi. Bunun yolu tapılmışdı: onu şəxsiyyətinə görə Moskvaya dəvət edənlər, elə şəxsiyyət faktoruna görə də ondan ehtiyat edirdilər. Şəxsiyyəti Dağlıq Qarabağın qorunmasında keçilməz zireh olan Heydər Əliyev Dağlıq Qarabağa görə də “vurulmaq” aqibəti ilə qarşı-qarşıya qoyuldu. 
Fəqət, burada Azərbaycanın mövqeyini möhkəmlətsə də, taleyinin ən acı notları Moskva, Kremllə bağlı oldu. Artıq onun şəxsiyyəti SSRİ rəhbərlərinin yırtıcı niyyətlərinə güclü maneə idi. Nə qədər ki, Nazirlər Sovetində öz vəzifəsinin icrasında davam edirdi, ittifaqın rəhbərliyi Qarabağla bağlı, bütövlükdə Azərbaycanla ilgili separatist, destruktiv planlarını həyata keçirə bilmirdi. Bunun yolu tapılmışdı: onu şəxsiyyətinə görə Moskvaya dəvət edənlər, elə şəxsiyyət faktoruna görə də ondan ehtiyat edirdilər. Şəxsiyyəti Dağlıq Qarabağın qorunmasında keçilməz zireh olan Heydər Əliyev Dağlıq Qarabağa görə də “vurulmaq” aqibəti ilə qarşı-qarşıya qoyuldu. 

Mixail Qorbaçovun təzyiqləri ilə vəsifəsindən gedən Heydər Əliyev hələ tükənməyən böyuk enerjisi ilə uyğunlaşmayan təqaüdçü ömrünü yaşamağa məcbur edilirdi. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi, amma təqaüdə hazırlaşmadı...

Çünki çox keçmədi ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı sonu məlum olmayan, amma son dərəcə qorxunc siyasi böhranın, vətəndaş müharibəsinin caynağından qopartdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın bütövlüyünə, inkişafına xidmət edən bir faktor idi.

Heydər Əliyev idarəçilikdə, siyasi proseslərdə, daxili və beynəlxalq miqyasda böyük uğurlar qazanırdı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Dünyanın nüfuzlu neft şirkətləri əvvəlcə Azərbaycana yatırımlar qoymağa tərəddüd edirdilər. Tərəddüd torpağın altındakı neft ehtiyatlarının həcmi ilə bağlı idi. Heydər Əliyev isə doğma vətənini-Azərbaycanı gözəl tanıyırdı. Yalnız onun güclü siyasi iradəsindən sonra neft şirkətləri, bütövlükdə, beynəlxalq aləm ölkəmizə meylləndi. 1994-cü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft Azərbaycanın milli təhlükəsizlik faktoruna çevrildi.

Heydər Əliyevin siyasi təfəkküründə, analitik düşüncəsində iqtisadi resurslar, ilahidən gələn möcüzəvi nemətlər Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsi, xarici müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-seçilən məmləkətə çevrilməsi üçün çox böyük amil idi. Böyük İpək yolunun açılması istiqamətində addımların atılması, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitəyə çevirdi. Ulu öndər Heydər Əliyevin möhürünü qoyduğu iqtisadi layihələrdən bu gün Azərbaycan təkcə maddi güc qazanmır, təkcə sosial siyasətini möhkəmləndirmir, Azərbaycan dünya siyasətinin müəyyənləşməsində iştirak edir.   

Heydər Əliyev Azərbaycanı dünyanın heç bir ölkəsinin ayağına vermədi. Onun Azərbaycanın milli maraqlarına zidd olan heç bir sənəddə imzası olmadı. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da uğurla davam etdirildi və çağdaş Azərbaycan İlham Əliyevin Liderliyi ilə Qarabağ münaqişəsini birdəfəlik həll etdi.   







0 0

Şərhlər

Oxşar xəbərlər