Azərbaycanın bu məktəbində müəllimlərin maaşını direktor alır - İDDİA
17-12-2022, 14:14
1 285

Azərbaycanın bu məktəbində müəllimlərin maaşını direktor alır - İDDİA

Daşkəsən rayon Astaf kənd tam orta məktəbində özbaşınalıq hökm sürür.

TehsilForumu.Az  xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə bildirilib.

Qeyd olunub ki, məktəbin direktoru Vüsal Ocaqverdiyev müəllimləri aylığa buraxıb. Belə ki, maaşı direktor, yol pulunu, yəni 190 manatı müəllim alır.

"Direktor aylığa buraxdığı müəllimləri ayda bir dəfə öz maşını ilə gətirir, jurnalı yazdırır. Hətta elə müəllim var ki, heç üzünü görməmişik. Jurnalı da direktor maşında gəzdirir. Yəqin ki, aparıb evində yazdırır. Elə müəllim var, heç kim tanımır, jurnalın başında adını belə yazmır", - deyə iddiada bildirilib.

İddialara görə, həmçinin məktəbə gələn uşaqların hamısı bir sinfə yığılır, bir müəllim dərs keçir, buna görə də 11 illik məktəbdə oxuyan uşaqların heç biri yazıb-oxuya bilmir.

Qeyd olunanlara görə, məktəb direktoru V.Ocaqverdiyev işi kimin pulu çoxdursa, ona verir, sosial yardım alanların adını işə yazır, beləliklə sosial yardımı işçi, maaşı isə direktor özü alır.

İddialarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. İdarənin mətbuat xidmətindən "Tehsil.biz"ə məsələ barədə ətraflı məlumatın veriləcəyi bildirildi.
0 0

Şərhlər

Oxşar xəbərlər