İmtahanların ödənişində dəyişiklik olub? - RƏSMİ CAVAB
26-01-2024, 06:46
459

İmtahanların ödənişində dəyişiklik olub? - RƏSMİ CAVAB

"İmtahanlarda ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

"Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq", - sədr qeyd edib.
0 0

Şərhlər

Oxşar xəbərlər