Mayın 1-dən ibtidai siniflər üçün bir həftəlik tətil başlayır
27-04-2023, 12:56
672

Mayın 1-dən ibtidai siniflər üçün bir həftəlik tətil başlayır

Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

TehsilForumu.Az xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.

Əmrə əsasən, tətil mayın 5-dək davam edəcək.

Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
0 0

Şərhlər

Oxşar xəbərlər