Nazirin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
29-03-2023, 10:06
304

Nazirin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

TehsilForumu.Az xəbər verir ki , Elm və təhsil naziri Emin Əmrullayevin 30 mart 2023-cü il tarixində Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, vətəndaş qəbulu martın 31-də keçiriləcək.

Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
0 0

Şərhlər

Oxşar xəbərlər