Xaçmaz məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
11-06-2022, 09:56
559

Xaçmaz məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Xaçmaz məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
----
İyunun 2-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və idarənin digər əməkdaşları Xaçmaz rayonunda rayonun məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Rüfət Hacıyev çıxış edərək tədbir iştirakçılarına yeni yaranmış idarənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, təhsil xidmətlərinin daha çevik və keyfiyyətli təşkilinin, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının, təhsilverənlər üçün səmərəli iş şəraitinin təmin edilməsinin, şagird nailiyyətlərinin yüksəldilməsinin qarşıda duran əsas hədəflər olduğunu bildirib.

Görüş zamanı müəssisə rəhbərlərinin fəaliyyəti, valideyn-məktəb münasibətləri və digər məsələlər müzakirə olunub, təhsil işçilərinin cari məsələlərlə bağlı sualları cavablandırılıb.




0 0

Şərhlər

Oxşar xəbərlər