Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Siyəzən rayonunda vətəndaş qəbulunun ardınca rayonun məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
11-06-2022, 09:12
460

R. Hacıyev çıxış edərək tədbir iştirakçılarına yeni yaranmış idarənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, təhsil xidmətlərinin daha çevik və keyfiyyətli təşkilinin, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının, təhsilverənlər üçün səmərəli iş şəraitinin təmin edilməsinin, şagird nailiyyətlərinin yüksəldilməsinin qarşıda duran əsas hədəflər olduğunu bildirib.

Daha sonra görüşdə iştirak edən Təhsil İdarəsi əməkdaşları da gündəmdə duran mövzular, müəssisə rəhbərlərinin fəaliyyəti, valideyn-məktəb münasibətləri və digər məsələlər barədə çıxış edərək, əsas məqamları görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda təhsil işçilərinin cari məsələlərlə bağlı sualları cavablandırılıb.

0 0

Şərhlər

Oxşar xəbərlər