Quba məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
24-06-2022, 07:42
371

Quba məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

TəhsilForumu.Az İyunun 22-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və idarənin digər əməkdaşları Qubada rayonun məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Rüfət Hacıyev çıxış edərək tədbir iştirakçılarına yeni yaranmış idarənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, təhsil xidmətlərinin daha çevik və keyfiyyətli təşkilinin, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının, təhsilverənlər üçün səmərəli iş şəraitinin təmin edilməsinin, şagird nailiyyətlərinin yüksəldilməsinin qarşıda duran əsas hədəflər olduğunu bildirib.

Daha sonra Regional İdarənin görüşdə iştirak edən əməkdaşları da gündəmdə duran məsələlər, müəssisə rəhbərlərinin fəaliyyəti, valideyn-məktəb münasibətləri və digər məsələlər barədə çıxış edərək fikirlərini çatdırıblar.

Sonda təhsil işçilərinin cari məsələlərlə bağlı sualları cavablandırılıb.








#EduAz #QubaXaçmazRTİ
0 0

Şərhlər

Oxşar xəbərlər