Quba şəhərində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi Liderin əsrə bərabər ömrü” mövzusunda tədbir keçirilmişdir.
4-05-2022, 19:35
291

Quba şəhərində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi Liderin əsrə bərabər ömrü” mövzusunda tədbir keçirilmişdir.

04 may 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi Liderin əsrə bərabər ömrü” mövzusunda tədbir keçirilmişdir.


Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov,Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev, YAP Quba rayon təşkilatının əməkdaşları və partiya fəallları iştirak etmişdir.
  Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutlaa yad edilmişdir.
  

Sonra tədbiri YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova  açaraq diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.
 

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. 

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Sonra çıxış edən Quba rayon Ağsaqqallar Şurasının sədri İldırim Məmmədov  Ümummilli Lider Heydər Əliyevin  Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan olduğunu bildirmişdir.


Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev çıxışında bildirmişdir ki, dahi şəxsiyyətin «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılması, böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etmişdir.


 Sonda 5 saylı Mətbuat Yayım idarəsinin rəisi- Ramiz Qusarçaylı ,                  Vətən müharibəsi qazisi- Həmidov Elşən Şakir oğlu , Vətən müharibəsi iştirakçısı- Urşanov Musa  Mustafa oğlu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmişdir.



0 0

Şərhlər

Oxşar xəbərlər