Mayın 1-dən 5-dək məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - AÇIQLAMA
28-03-2022, 13:46
556

Mayın 1-dən 5-dək məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - AÇIQLAMA

Azərbaycandakı ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə qaydalara əsasən müəyyən olunmuş günlərdə yaz tətil günləri olacaq.

TehsilForumu.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.
0 0

Şərhlər

Oxşar xəbərlər