Emin Əmrullayev: "Təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik"
24-12-2021, 06:10
405

Emin Əmrullayev: "Təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik"

"Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var:

"Son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı enib deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”.

E.Əmrullayev qeyd edib ki, qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir:

"Ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxsanız, 5-10-15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var. Bunun yeganə əskik arqumenti ola bilər ki, kimsə o rəqəmlərə baxır və göstərir ki, bu, belə deyil. Azərbaycan 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi".

"Eyni zamanda, görürük ki, biz arzu etdiyimiz səviyyədən nə qədər uzaqdayıq. Ən vacibi isə “Niyə uzaqdayıq?” sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi, ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü, məktəbdaxili mühitdə məzmun problemimiz var. Dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var. 

Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq.

 Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. 

Tez nəticə görmək mümkün deyil", - təhsil naziri bildirib.


0 0

Şərhlər

Oxşar xəbərlər