"Müəllimlərimizi Tanıyaq" - Yeganə Şirinova
31-12-2023, 15:35
423

"Müəllimlərimizi Tanıyaq" - Yeganə Şirinova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Yeganə Şirinova ( Aslanova Yegane ) haqqında danışacağıq.

Şirinova Yeganə Ramazan qızı 26 aprel 1986+cı il Sumqayıt şəhərində anadan olub.
1993-cü ildə Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbdə 9-cu sinfi bitirib, 2002-ci ildə Bakı Dövlət İqtisadiyyat Universiteti nəzdində İqtisadiyyat və Humanitar kollecinə İbtidadi sinif müəllimi ixtisasına qəbul olub. 
2006-cı ildə təhsilini bitirib. Daha sonra ixtisasını təkmilləşdirmək üçün 2007-2009-cu illər Təhsil nazirliyi nəzdində ibtidadi sinif müəllimi ixtisasının təkmilləşməsi kursuna daxil olub. 
2011-ci ildə Sumqayıt şəhər Xüsusi tipli məktəbdə ibtidadi sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda həmin məktəbdə fəaliyyətini davam etdirir. 
İşlədiyi bu illər ərzində inkişaf etdirici bir çox təlimlərlərdə, seminarlarda iştirak etmişdir. İKT-təlimi kursuna yiyələnmişdir. 
Biliklərinin möhkəmlənməsi üçün Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir sıra təlimlərdə iştirak etmiş sertifikatlara layiq görülmüşdür. 
Sumqayıt şəhər təhsil şöbəsinin "fənn aylıqları" adı ilə keçirdiyi açıq dərslərdə fəal iştirak etmiş, üç fənn üzrə keçirdiyi açıq dərsləri fənn aylığının qalibi olmuş, şəhər icra hakimiyyəti və şəhər təhsil şöbəsi tərəfindən təltif olunmuşdur.
İşlədiyi bu illər ərzində məktəb daxilində məktəb rəhbərliyi tərəfindən də bir neçə dəfə "təşkilatı işlərdə fəallığı" ilə fərqləndirilmişdir.
Təhsil Forumu sosial platformasının üzvüdür.

Təhsil Forumu sosial platforması adından Yeganə Şirinovaya işlərində uğurlar və müvəffəqiyyətlər diləyirik.


3 0

Şərhlər

Oxşar xəbərlər