AHƏNG PSİXOLOGİYA REABİLİTASİYA İNKİŞAF                                        MƏRKƏZİ – TƏHSİLƏ UĞURLU DƏSTƏK YENİ YAŞINIZ MÜBARƏK!
12-12-2023, 16:12
485

AHƏNG PSİXOLOGİYA REABİLİTASİYA İNKİŞAF MƏRKƏZİ – TƏHSİLƏ UĞURLU DƏSTƏK YENİ YAŞINIZ MÜBARƏK!

TehsilForumu.Az xəbər verir ki , Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər…
Ahəng psixologiya reabilitasiya inkişaf mərkəzi 14 dekabr 2020- ci ildə fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyətə başlaması Vətən müharibəsinin və pandemiyanın tüğyan ediyi dövrünə təsadüf edirdi .
Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi -xətti ilə görülən işlər, əldə olunan nəticələr diqqətəlayiqdir.Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş valideynlərin və müəllimlərin üzərinə daha ciddi məsuliyyət qoyur.. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil edilməklə, onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır.
Təşkilatın fəaliyyət istiqamətlərinə daxildir:
  Xüsusi qayğıya ehtiyacı olan uşaqlara:
• autizm , daun sindromlu uşaqlar , əqli geriliyi olan ;
• uşaq serebral iflici olan, eşitmə , görmə əlilliyi olan;
•nitq qüsurları olan uşaqlara psixoloji , loqopedik , müalicəvi massaj ,
• müalicəvi idman və s. xidmətlər göstərmək;
•Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
•. Şəhid ailələrinə və qazilərə təmənnasız psixoloji , loqopedik dəstək;
• “Qadın kimdir? Mövzusunda qadınların marifləndirilməsi ,onların sosial həyatda fəallığının artırılması:
•Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
Təşkilatın həmtəsisçisi və drektoru Vüsalə Əmiraslanova:
1987- ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini İncəsənət Gimnaziyasında fortepiano, kino rejissorluq üzrə alıb . İxtisası İngilis dili filologiya, İkinci Təhsili sosial psixoloji xidmət , pedaqogika üzrə magistr təhsilidir. Azərbaycanda ilk dəfə 2018 ci ildə keçirilən Bakı psixologiya zirvəsi düşərgəsinin" layihə rəhbəridir. Autizm akademiyasının təlim direktoru,təlimçisidir.
İki günlük "Gəncə və Bakı inkişaf forumunun" təşkilatçısı olan Vüsalə xanım uşaq,yeniyetmələrlə, yetkin yaşlı insanlarla fərdi və qrup terapiyaları keçirir, Azərbaycan könüllüləri və dost könüllülərinə, həmçinin məktəb psixoloqlarına psixoloji təlimlər verir.
Üç il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin sağlamlığı ,psixoloju durumu, valideynlərdən,və müəllimlərin birgə fəaliyyətindən aslıdır.… Unutmayaq ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey nə bahalı geyim, nə qeyri-adi məkanda oturub yemək yemək, nə başqa bir ehtiyaclardır, sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır,onlara bəslədiyimiz sevgidir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hissdir. Cəmiyyətimizi – bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik.
Təşkilat tərəfindən maraqlı layihələrə imza atılır, nəticələr isə ürəkaçandır.
Mərkəzin təsisçi icraçı direktoru Fəridə Əliyeva 1991-ci ildə Goranboy rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət fakültəsini bitirib. Fəridə xanım Goranboy Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən psixoloji tibbi-pedaqoji komissiyanın sədri olub. Hal-hazırda mərkəzimizin icraçı direktor vəzifəsini icra edir.
Mərkəzin xətti ilə Bakı, Sumqayıt şəhərlərində və regionlarda xususi qayğıya ehtiyacı olan uşaqların loqopedik diaqnostikası, psixoloji reabilitasiya yönümlü iş apararaq onlara dəstək olur.
Mərkəzdə Psixopedaqoji loqopedik , refleksoloji və psixoloji dərslər keçirilir
Uşaq, yeniyetmə və gənclərin vətənpərlik ruhunda böyüməsi, Vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olmaları, ən əsası övladlarımıza təhsil verməzdən öncə vətən və insanlıq sevgisi kimi öyrətməli olduğumuz vacib dəyərlərin olduğunu aşılamaqdayıq. Mərkəzin fəaliyyətində Pedaqoji heyətin, təhsil işçilərinin çoxluğunu nəzərə alaraq maarifləndirmə məsələsini önə çəkərək vətənpərvərlik və insanlıq sevgisi istiqamətində mühüm seminar və vebinarların keçrilməsinə xüsusi əhəmiyyət verilir.
    Valideynlərə ilkin tibbi bilikləri aşılamaqla övladlarının sağlamlıqlarının qeydinə qalmasında yaxından kömək etməyə çalışırıq. Çünki yaşamımız boyunca insana lazım olan ən vacib nemət məhz can sağlığıdır. Sağlamlığımızı isə lap körpəlikdən düşünməli, hər zaman onun qayğısına qalmalıyıq.“ Covid 19” adlı bəlanın tüğyan etdiyi dövrdə, insanların gözlənilmədən evə qapandıqları , müdhiş həyat şərtləri ilə qarşılaşdıqları bir zamanda APRİM-nın fəaliyyətdə
cəmiyyətin hər bir üzvünə mütəxəssis yardımı göstərib, onlarla birlikdə olmağı bacardıq. “Evə qapanma”larda yaranan psixoloji gərginliklərin aradan qaldırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, çətin pandemiya dövründə sağlam qidalanma, evdə sağlam psixoloji mühitin yaradılması və tənzimlənməsi, şəxsi gigiyena və digər məsələlərdə öz faydalı işlərilə insanların yardımına yetişə bildilər. Cəmiyyətə yenidən adaptasiya olması və ya digər bəlalardan qorunmaqdan ötrü bundan sonra necə davranmalı olduqları haqqında profesional formada lazımi psixoloji biliklərin verilməsi və faydalı məsləhətlərin ötürülməsi yaşının az olmasına baxmayaraq ətrafında geniş auditoriya toplamağı bacarmışlar.
Ahəng Psixologiya Reailitasiya İnkişaf Mərkəzi -xeyriyyəçilik istiqamətində də öz aktivliyini daima saxlamaqdadır. Sığınacaqlara, uşaq və qocalar evinə üz tutulur. Bilgəhdəki Qocalar evininin sakinlərinə, 3 saylı uşaq evi, Bərdə rayonunda Tərtər rayonundan olan məcburi köçkünlərə, Göranboyda Şəhid aılələrinə, Gəncə terrorundan zərər çəkmiş sakinlərə maddi, mənəvi və psixoloji yardımlar edilmişdir. Sənə həyat verənin sənin sevginə, qayğına ehtiyacı var!
Unutma: Əkdiyini biçəcəksən. Etdiyin yaxşılıq və xeyirxahlığı özün üçün edirsən”.
Təhsil zəifliyi gücə çevirmək üçün açardır. O, qarşımızda duran problemləri anlamaq üçün müxtəlif vasitələr və yollar təklif edir və onları həll etməyə kömək edir.
17 dekabr 2023-cü ildə Harmoniya otelində Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin üçilliyi münasibəti ilə “Psixoloq Pedaqoq və Təhsil işçilərinin
Ahəngi Forumu” keçriləcəkdir.
  Ahəng Psixologiya Reailitasiya İnkişaf Mərkəzi peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdərək yaşı az olsa da, hədəfləri böyük, arzuları tükənməzdir. Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi komandası hər kəsi cəmiyyətə güclü, sağlam, psixoloji çəhətdən güçlü olmağı təbliğ edir. Məqsəd elmi, təhsili, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etməkdir. Təşkilat müəllim və şagirdlərlə bərabər, həm də valideynlərlə işbirliyi quraraq, cəmiyyəti inandırır ki, üçtərəfli ünsiyyət sağlam gənc nəslin formalaşmasına töhfə verməkdir. Ahəng PRİM kollektivinə fəaliyyətində daha cəsarətli addımlar atmağı və hədəflərinə çatmağı arzulayırıq.


Zülfiyyə Vəliyeva
ADPU ETM-nin Elmi əməkdaşı
Respublikanın Əməkdar Müəllimi
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü


















0 0

Şərhlər

Oxşar xəbərlər