"Müəllimlərimizi Tanıyaq" - Nuriyə Çələbizadə
25-10-2023, 14:40
323

"Müəllimlərimizi Tanıyaq" - Nuriyə Çələbizadə


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Nuriyə Çələbizadə haqqında danışacağıq.

Çələbizadə Nuriyə Nəriman qızı 29.01.1985 tarixdə Qəbələ rayonunda doğulmuşdur.
Kiçik yaşlarından məktəbə,kitablara,əsərlərə güclü marağı olan Nuriyə müəllimə 5 yaşında 1-ci sinfə getmiş, 3-cü sinifdən 5-ci sinfə keçərək 15 yaşında Vəndam qəsəbə 1 saylı tam orta məktəbi bitirərək SDU-nun filologiya fakültəsinə qəbul olmuşdur.
Ədəbiyyat fənninə böyük marağı olduğundan tələbəlik illərində də müxtəlif dram dərnəklərində, truppalarda çalışmışdır.
2005-ci ildə universiteti başa vuraraq Qəbələyə dönmüş və Vəndam qəsəbəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 
İstər övladlarının, istərsə də şagirdlərinin vətənpərvər, savadlı, dünyagörüşlü olması üçün əlindən gələni əsirgəmir, özünü peşəsi uğrunda fəda etməkdən çəkinmir.
Hər il hazırlaşdırdığı şagirdlər tələbə adı qazanaraq müxtəlif ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər.
Müxtəlif təlimlərdə iştirak edir, daima yeniliklər etməyə can atır.
Müəllimlərin sertfikatlaşdırması imtahanında iştirak etmiş, 52 bal toplayaraq bu mərhələni uğurla başa vurmuşdur.
Hər an yenilik axtarışındadır,şagirdlərini də həmişə bu ruhda öyrədir, tərbiyə edir, onlara hər zaman araşdırmaçı olmağı tövsiyə edir.
Gələcək işlərində Nuriyə müəlliməyə uğurlar diləyirik!
2 0

Şərhlər

Oxşar xəbərlər