"Müəllimlərimizi Tanıyaq" - Kəmalə Quliyeva
24-10-2023, 12:43
274

"Müəllimlərimizi Tanıyaq" - Kəmalə Quliyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Kəmalə Quliyeva haqqında danışacağıq.

Quliyeva Kəmalə 1984-cü ildə Bakı şəhərində anadan olmuşdu. 
2001-ci ildə orta məktəbi bitirmiş. 2002-ci ildə Azərbaycan Müəllimlər institutunun İbtidai pedaqogika və metodikası fakültəsinə daxil olmuş, 2006-cı ildə bitirmişdir. 
2008-ci ildən Cəbrayıl rayonunun Əsgər Veysəlov adina Sirik kənd tam orta məktəbində iş fəaliyyətinə başlamışdır. 
16 illik iş fəaliyyəti dövründə Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak etmişdir. Pandemiya dövründə online təlimlərdə iştirak etmiş. 
Məktəb daxili tədbirlərindədə fəallıq göstərmişdir. Ən böyük uğuru şagirdlərinin, valideynlərinin və həmkarlarının sevgisini qazanmışdır. 
Şagirdlərinin monitorinqlərdə yüksək nəticələr göstərməsi ən böyük uğurlarındandır. 16 noyabr 2019-cu ildə Ədalət qəzetində "İbtidai sinif müəllimi :vəzifə borcu və məsuliyyət hissi" başlığı altında onun haqqında məqalə yazılmışdır.
0 0

Şərhlər

Oxşar xəbərlər