"Müəllimlərimizi Tanıyaq" - Şəmsiyyə Cəbiyeva
18-10-2023, 13:32
549

"Müəllimlərimizi Tanıyaq" - Şəmsiyyə Cəbiyeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Şəmsiyyə Cəbiyeva haqqında danışacağıq.

Cəbiyeva Şəmsiyə Sidqəli qızı 1 sentyabr 1996-cı ildə Masallı rayonu Həsənli kəndində anadan olmuşdur.
2002-ci il Sumqayıt şəhəri 26saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur.
2011-ci ildə orta məktəbi bitirib Astara Pedaqoji Kollecinin ibtidai sinif müəllimliyi fakultəsinə daxil olmuşdur.
Tələbəlik illərində Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra etmişdir. 
2017-ci ildə kolleci bitirib 2019-cu ildə "Müəllimlərin işə qəbulu müsabiqəsi"də iştirak edərək Masallı rayonu S.Rəhimov adına Köçəkli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Pedaqoji fəaliyyəti dövründə bir çox təlimlərdə seminarlarda iştirak etmişdir.
"Disleksiya" , İbtidai sinif müəllimlərinin metodikası" , "Oxu təlimi" və s.təlimlərində iştirak edib. 
Şəmsiyə müəllimə həm də "Mental Arifmetika" üzrə təlimçidir. 2023-cü ildə KİİV tərəfindən "İlin müəllimi" adına layiq görülmüşdür.
Şəmsiyə Cəbiyeva pandemiya dövründə şəhid ailələrinin övladlarına tam ödənişsiz ibtidai sinif hazırlığı keçmişdir.
Hal - hazırda da keçməkdə davam edir.Şəmsiyə Cəbiyeva müəllimlərin sertifikatlaşdırılması mərhələsindən də uğurla keçmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər