"Müəllimlərimizi Tanıyaq" - Günel Süleymanova
22-02-2023, 10:33
526

"Müəllimlərimizi Tanıyaq" - Günel Süleymanova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə   Günel Süleymanova ( Gunel Fateh Aliyeva  ) haqqında danışacağıq :

Günel Məhəmməd qızı Süleymanova 1 yanvar 1991-ci il ldə Bakı şəhərində anadan olmuşdur.

İlk təhsilini Bakı şəhəri A.Rzayev adına 223 nömrəli tam orta məktəbdə almışdır.

2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşdur.

2015-ci ildə Qərb Universitetinin "Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XX ənənəvi Tələbə Elmi Konfransının materialları" kitabında "Yardımli toponimləri" adlı məqaləsi və bir neçə qəzetdə müxtəlif sosial-ictimai mövzularda məqalələri çap olunmuşdur.

2019-cu ildə Müəllimlərin işə qəbulu imtahanından yüksək bal toplayaraq müəllim adını qazanmış, Yardımlı şəhərinin Daşkənd qəsəbə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi ilk fəaliyyətinə başlamışdır. Bir neçə il ərzində Yardımlının bir sıra kənd məktəblərində çalışmışdır.

Rayonun ictimai-sosial həyatında fəal işlər gördüyü üçün,bir sıra əhəmiyyətli tədbirlər təşkil etdiyi üçün Yardımlı rayon Gənclər və İdman idarəsi tərəfindən və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən online seminarlarda iştirakına görə fəxri fərmanlarla təltif olunmuşdur.

Günel Süleymanova pedaqoji fəaliyyətini iki əsas istiqamət üzrə inkişaf etdirir. Onlardan birincisi qızların təhsil alması, digəri isə məktəb şagirdlərinin dünyagörüşünün artırılması və savadsızlıq səviyyəsini azaltmaq məqsədilə kitab mütaliəsinin məktəblərdə geniş təbliğidir. Bu məqsədlə 2022-ci ildə "Kitablarla İnkişaf Edək" layihəsinə üzv olmuşdur və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirir. Qız uşaqlarının təhsil alması mövzusunda bir neçə sosial video çarxlar hazırlamış və bu mövzuda geniş təbliğat aparır.

Hal-hazırda Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbdə işləyir.
0 0

Şərhlər

Oxşar xəbərlər