"Müəllimlərimizi Tanıyaq" - Bayramova Mətanət
17-02-2023, 14:22
531

"Müəllimlərimizi Tanıyaq" - Bayramova Mətanət

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Bayramova Mətanət haqqında danışacağıq :

Bayramova Mətanət Əli qızı 23 avqust 1973-cü ildə Yevlax şəhərində anadan olub.

1979-cu ildə M.Hüseyn adına 4-li tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 1990- cı ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdi.

1993- çü ildə test üsulu ilə imtahan verərək Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və ibtidai təhsilin metodikası fakültəsinə qəbul olub,1997-ci ildə həmin İnstitutunu bakalavr dərəcəli diplomi ilə bitirib.

1997- ci ildən Yevlax şəhər Ş.Qurbanov adına 8-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Bu illər ərzində müxtəlif Sertifikat və Fəxri fərmanlarla təltif olunub.

Müxtəlif kurslarda, təlimlərdə iştirak edib, hal-hazlrda da əyani və onlayın şəkildə keçirilən təlimlərdə iştirak edir.

2017-ci ildə Təhsil nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacariqlarının diaqnostik qiymətləndirməsində yüksək nəticə göstərərək 50 bal toplayıb.

Hal-hazırda şagirdlərinin  Vətənpərvər ruhda böyüməsində müxtəlif tipli tədbirlər keçirir. 1a sinfi 2020-ci ildə 2-ci Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə Şəhid olmuş kiçik çavuş Anar Umarovun adını daşıyır. Şəhid Anar Umarov 2009-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına tam orta məktəbin məzunu olub.

Uğurlar arzulayırıq .
0 0

Şərhlər

Oxşar xəbərlər