"Müəllimlərimizi Tanıyaq" -  Səbinə Güləliyeva
15-02-2023, 19:52
479

"Müəllimlərimizi Tanıyaq" - Səbinə Güləliyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səbinə Güləliyeva haqqında danışacağıq :

Güləliyeva Səbinə Arif qızı 1983-cü ildə 24 sentyabrda Siyəzən rayonunda doğulmuşdur.

1990-cı ildə Sumqayıt şəhər 6 saylı tam orta məktəbində 1-ci sinfə getmişdir.

2000-ci ildə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı məktəbi bitirmişdir.

2000-2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr və magistr təhsili almışdır.

2007-ci ildə Siyəzən şəhər Nazim Əsədov adına 4 saylı tam orta məktəbdə pedoqoji fəaliyyətə başlamışdır.

2011-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı məktəbdə pedoqoji fəaliyyətini davam etdirmişdir.

2014-cü ildən Siyəzən rayon S.Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi və tədris işləri üzrə direktor müavini kimi işə başlamışdır.

2018-ci ildə Azərbaycan Respublikasınin Təhsil Nazirliyi tərəfindən Gənc Nəslin təlim-tərbiyəsində fəal iştirakina görə fəxri fərmanla təltif olunmusdur.

2018-ci ildə Gənc nəslin təlim tərbiyəsində fəal istirakina görə Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmusdur.

Azərbaycan Gənc Müəllimlər Assosiyasının, Maarifcilər Assosiyasının,T-Networkun üzvüdür.
TutorLab qiymətləndirmə platformasınin ən aktiv iştirakçısıdır.

2022-ci ildə Qubada təşkil olunan Beynəlxalq Qiymətləndirmə düşərgəsində iştirak etmiş və Siyəzən rayon üzrə kordinator təyin olunmuşdur.
Müxtəlif təlimlərdə iştirak etmişdir.

Şagirdləri qəbul,buraxılış və Respublika Fənn Olimpiadalarında müvəffəqiyyətlə iştirak etmişlər.
2019 -cu ildə müəllimlərin dioqnostik qiymətləndirməsində ixtisasdan 38 bal toplamışdır.

MİQ ve sertifikasiya imtahanlarına müdavim, buraxılış və qəbul imtahanlarına şagird hazırlığı ilə məşğul olur.

2022-ci ildən Aran Media Groupun təşkil etdiyi Şəhid və Qazi övladlarina könüllü tədris aparan komanda ilə əməkdaşlıq edir.

Həmin təşkilatın yaratdığı Şəhid qardaşım layihəsində mütəmadi iştirak edir. Layihə həftənin bir neçə günü respublikanın müxtəlif bölgələrindən olan Şəhidlərin anım gününü qeyd edir, onları ictimaiyətə tanıdır.


Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər