Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Siyəzən rayonunda "Heydər Əliyev Azərbaycan - Azərbaycan Heydər Əliyev" adlı konfrans keçirilib.
5-05-2023, 17:42
562

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Siyəzən rayonunda "Heydər Əliyev Azərbaycan - Azərbaycan Heydər Əliyev" adlı konfrans keçirilib.

TehsilForumu.Az xəbər verir ki , Konfransda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, millət vəkili Sadiq Qurbanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri vəzifəsini icra edən Fərid Musayev, tarix elmləri doktoru Dilarə Seyidzadə, Siyəzən və Şabran rayonlarının təhsil işçiləri, ictimaiyyət mümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi yolunda canlarından keçmiş qəhrəmanların və Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Konfrans içtirakçılarını salamlayan Rüfət Hacıyev qeyd edib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Ulu öndərin Azərbaycan tarixindəki rolundan bəhs edən Rüfət Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı rol oynayıb.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.

Çıxış edən digər natiqlər də Ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs edib, onun uğurlu siyasətinin nümunələrindən danışıblar.


1 0

Şərhlər

Oxşar xəbərlər