Şagirdin yaşıl karta sahib olmasının müsbət tərəfləri- Təşəkkürnamə, fəxrifərman
1-11-2022, 15:28
622

Şagirdin yaşıl karta sahib olmasının müsbət tərəfləri- Təşəkkürnamə, fəxrifərman

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 
TehsilForumu.Az xəbər verir ki, yeni qaydalara əsasən 3-dən artıq yaşıl kart alan şagird müxtəlif şəkildə təltif edilir.

 

● 3 yaşıl kart - tərifnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır.

 

● 5 yaşıl kart - təşəkkürnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz.

 

● 8 yaşıl kart - fəxri fərman Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz. Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.

 

Qeyd: 1. Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə bilər. 2. Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. ( Nümunə: Yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s
3 0

Şərhlər

Oxşar xəbərlər