İnternat məktəbindəki toy çox səmimi qarşılandı-Deputat təəssüratlarını AÇIQLADI
14-07-2022, 07:58
282

İnternat məktəbindəki toy çox səmimi qarşılandı-Deputat təəssüratlarını AÇIQLADI

Emin Əmrullayevin nə qədər sevincli və səmimi olduğunu müşahidə etdim”.

 

Bu sözləri açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

 

Belə ki, Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.

 

Burada sağlamlıq imkanları məhdud iki gənc ailə həyatı qurub.

 

Toyda ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, təhsil naziri Emin Əmrullayev də iştirak edib.

 

Toya qatılan şəxslər arasında deputat Ceyhun Məmmədov da olub.

 

O, təəssüratlarını bizimlə bölüşüb:

 

“Dünən internat məktəbində möhtəşəm toy mərasimi keçirildi. Onun əsas təşəbbüskarı Təhsil Nazirliyi idi. Bütün tədbirin təşkili və həyata keçirilməsi nazirliyin əməkdaşları tərəfindən təşkil edilmişdi. Toy çox təsiredici və möhtəşəm idi.

 

Gənclərdən birinin görmə imkanları tamami ilə məhdud, digərinin isə bir gözü görmürdü. Onlardan biri Respublika 4 saylı İnternat Məktəində, digəri isə Respublika 5 saylı İnternat Məktəbində təhsil alıblar. Eyni zamanda da valideyn himayəsindən də məhrum olunublar. Belə bir qərara gəlinib ki, onlar ailə həyatına qədəm qoysunlar. Toy mərasimi çox möhtəşəm idi, həmçinin, o, Qurban Bayramına təsadüf edirdi. Bu bayramının əsas özəlliklərindən biri insanların yardımlaşması və xeyir işlərdə iştirak etməsidir”.

 

Deputat tədbirdə təhsil nazirinin iştirakını yüksək qiymətləndirib:

 

“Tədbirdə çox səmimi ab-hava var idi. Təhsil naziri Emin Əmrullayev  özü şəxsən iştirak edirdi. Həmçinin, Təhsil Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşları da toya dəvət olunmuşdu. Azərbaycanın tanınmış simalarını da toyda görmək mümkün idi. Mərasim çox səmimi ortamda baş tutdu. Hamı sevinir və əylənirdi, hər kəs iki gəncə yüksək diqqət və qayğı göstərilirdi. Biz də  gənclərlə oynadıq, əyləndik və onları təbrik etdik. Dünən mediada və sosial şəbəkələrdə bu barədə çox məlumatlar paylaşıldı.

Ölkə rəhbərliyi və xüsusən də, vitse-prezident Mehriban Əliyeva tərəfindən həmin kateqoriyadan olan insanlara mütəmadi olaraq dövlətin diqqət və qayğısı göstərilir. Bu. da növbəti qayğının təzahürü idi ki, iki gəncin toy mərasimi baş tutdu. Həmçinin, bu iki gənc dövlət tərəfindən evlə təmin edildi. Bu, bir daha onu göstərir ki, dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərib. Hesab edirəm ki, Təhsil Nazirliyi belə bir təşəbbüslə çıxış etməsi çox təqdirəlayiq addım idi. Bu kateqoriyadan olan insanların böyük diqqətə ehtiyacı var. Allah xoşbəxt eləsin! Onlara xoşbəxtlik arzulayıram və inanıram ki, belə tədbirlərin davamı olacaq. Onlar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.

 

Mən Eminm Əmrullayevin nə qədər sevincli və səmimi olduğunu müşahidə etdim, gənclərin belə xoş günündə iştirakını gördüm. O, da insanlarla çox səmimi davranır və əylənirdi. Hamı sevincli idi, səbəbkarlara diqqət və qayğı göstərilirdi.

 

O cümlədən, nazir Emin Əmrullayevlə bir masada əyləşmişdik. Bir xeyli söhbət etdik, həm təhsillə bağlı olan problemlərlə əlaqəli, həm də toyla bağlı olan təəssüratlarımızı bölüşdük. İnanıram ki, bu cür tədbirlər davam edəcək”.

0 0

Şərhlər

Oxşar xəbərlər