Ramazan bayramı ərəfəsində şəhid övladlarına hədiyyələr verilib
21-04-2022, 13:17
338

Ramazan bayramı ərəfəsində şəhid övladlarına hədiyyələr verilib

Qubada Ramazan bayramı ərəfəsində şəhid övladlarına bayram hədiyyələri verilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəhid ailələrini ziyarət edib, şəhid övladlarına hədiyyələr təqdim olunub.


Görüşlərdə bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər görürlər. 

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 
0 0

Şərhlər

Oxşar xəbərlər