Bakıda məktəb direktorunu hədələyib pul istəyiblər
28-12-2022, 06:00
408

Bakıda məktəb direktorunu hədələyib pul istəyiblər

Bakıda orta məktəb direktoruna hədə-qorxu gəlib pul tələb ediblər.

TehsilForumu.Az Lent.az-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə qeydə alınıb. Özünü jurnalist kimi təqdim edən Oqtay Həsənov direktor Aysel Şərbətovaya hədə-qorxu gələrək, 150 manat pul tələb edib.

Direktor hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət əsasında Xəzər rayon Polis İdarəsində araşdırmalar başlanıb.
0 0

Şərhlər

Oxşar xəbərlər