Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.
4-03-2024, 14:14
252

Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.

TehsilForumu.Az - a verilən məlumata görə Fevralın 16-dan 29-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.
 
Müraciətlərin 14 230-u çağrı mərkəzləri, 686-sı sosial media, 2 284-ü "WhatsApp xidməti" vasitəsilə, 1 084-ü elektron, 1 027-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 186 müraciət qeydə alınıb. 
 
Müraciətlər şagirdlərin yerdəyişməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsil tələbə krediti və digər məsələlərlə bağlı olub.
0 0

Şərhlər

Oxşar xəbərlər